Bank Of Baku

Daha bir futbolçu Azərbaycan yığmasında oynamaqdan imtina edir

Daha bir futbolçu Azərbaycan yığmasında oynamaqdan imtina edir
# 21 oktyabr 2011 11:11 (UTC +04:00)
Bakı – APA. Daha bir futbolçu Azərbaycan millisinin şərəfini qorumaqdan imtina edir. Apasport.az saytının məlumatına görə, 19 yaşlılardan ibarət yığmamızın (U-19) hücumçusu Rizvan Umarov Rusiya millisində oynamaq niyyətindədir.

Bu ayın ilk yarısında İsveçdə Avropa çempionatının seçmə mərhələsində komandamızın heyətində oynayan Rizvan artıq U-21-ə dəvət olunub. O, noyabrın 7-dən 15-dək Almaniyanın Duysburq şəhərində keçiriləcək təlim-məşq toplanışına aparılacaq heyətə də daxil edilib.

Ancaq İspaniyanın “Deportivo Kastellon” klubunun 18 yaşlı futbolçusunun daha yığmamızda oynamaq istəmədiyi məlum olub. Bu barədə Rizvanın agenti Antonio Lopes açıqlama verib.

O bildirib ki, Umarov artıq digər ölkənin xeyrinə seçim edib. Özü də Rusiya Futbol İttifaqından gələn zəngdən sonra. Umarov milliləşdirilən rusiyalı futbolçu olduğundan, tarixi vətəninin yığmasına üstünlük verib. O, bu ölkənin U-19 və U-21-də oynayıb, gələcəkdə əsas komandanın heyətində beynəlxalq görüşlərin iştirakçısı olacağına ümidlidir.

Qeyd edək ki, dünən U-19-un daha bir üzvü – Şamil Qurbanov da millimizdən imtina edib, Rusiya yığmasında oynamaq istədiyini söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR