Bank Of Baku

Avrokuboklara çıxmayan məşqçi mövsümün ən yaxşısı seçildi

Avrokuboklara çıxmayan məşqçi mövsümün ən yaxşısı seçildi
# 25 oktyabr 2011 09:17 (UTC +04:00)
Bakı – APA. İspaniya çempionatının ən yaxşı məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümündə Primeranın ən yaxşı mütəxəssisi adına Maurisio Poçettino layiq görülüb.

“Espanyol”un argentinalı baş məşqçisi İspaniya Kral Futbol Federasiyasının seçimində “Barselona” və “Real”dan olan həmkarları Xosep Qvardiola və Joze Mourinyonu da arxada qoyub. Ona mükafatı qurumun prezidenti Anxel Mariya Vilyar təqdim edib.

Qeyd edək ki, “Espanyol” ötən mövsümün nəticələrinə görə heç avrokuboklara da çıxmamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR