Bank Of Baku

Kamerun futbol yığmasına yeni baş məşqçi təyin olunub

Kamerun futbol yığmasına yeni baş məşqçi təyin olunub
# 27 oktyabr 2011 10:30 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Kamerun milli komandasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis Deni Laval bu ölkənin yığmasına rəhbərlik edəcək.

Laval bu postda tanınmış fransalı həmkarı, kamerunluları 2012-ci il Afrika Millətlər Kubokunun final mərhələsinə çıxara bilmədiyinə görə istefaya göndərilən Xavyer Klementeni əvəzləyib.

Lavan qarşıda duran vəzifə haqda danışıb: “Əsas məqsədim sadədir – “Aslanlar”ı Afrika Kuboku-2013-ə çıxarmaqdır. Həmçinin, vəzifələrimin siyahısına komandanı perspektivə hazırlamaqdır. Mən işimə durmadan başlayıram”.

Qeyd edək ki, Lavan Fransanın bir neçə klubunda köməkçi məşqçi işləyib. O, son illərdə isə Kamerunun aparıcı klublarından olan “Koton Sport”u çalışdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR