Bank Of Baku

Premyer Liqanın mükafatçılarının təltifetmə mərasiminin vaxtı müəyyənləşib

Premyer Liqanın mükafatçılarının təltifetmə mərasiminin vaxtı müəyyənləşib
# 27 oktyabr 2011 14:30 (UTC +04:00)
Bakı – APA. Premyer Liqada 2010/2011-ci il mövsümünün bütün mükafatçılarının təltifetmə mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən mövsümün ən yaxşıları mükafatlarını noyabrın 3-də alacaqlar.

Peşəkar Futbol Liqasının təşkil etdiyi tədbir Bakı Biznes Mərkəzində keçiriləcək və saat 15:00-da başlanacaq. Həmin gün “Neftçi” qızıl, “Xəzər Lənkəran” gümüş, “Qarabağ” isə bürünc medallarına qovuşacaq. Bundan başqa arxada qalan mövsümün fərdi mükafatları da sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, fərdi mükafatlardan biri – “Mövsümün ən yaxşı qolu”nun müəllifi artıq açıqlanıb. Bu “Simurq”dakı qoluna görə mükafatlanacaq “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadədir. Futbolçu AZAL-ın qapısına gözəl qol vurduğu vaxt Yunusov soyadını daşıyırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR