Bank Of Baku

Elxan Abdullayev AZAL klubunun baş məşqçisi postundan istefa verib

Elxan Abdullayev AZAL klubunun baş məşqçisi postundan istefa verib
# 31 oktyabr 2011 12:57 (UTC +04:00)
Bakı – APA. AZAL futbol klubunun baş məşqçisi Elxan Abdullayev istefa verib. Apasport.az saytının məlumatına görə, bu gün komanda rəhbərliyi ilə görüşdə getmək istədiyini rəsmən açıqlayan 41 yaşlı çalışdırıcının istefası qəbul olunub.

Bununla, Abdullayevin vəzifəsində fəaliyyəti cəmi I dövrə, 3 ay çəkib. O, iyulda Avroliqada “Minsk”ə məğlubiyyətindən sonra istefa verən həmkarı Nazim Süleymanovu əvəzləmişdi.

Qeyd edək ki, bu, cari mövsümdə ikinci istefadır. “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov VI turda “Sumqayıt Şəhər”lə evdəki qolsuz bərabərlikdən sonra postundan getməyə qərar verdi və rəhbərlik onu Vladislav Qədirovla əvəzlədi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR