Bank Of Baku

UEFA milli komandamızın rəqibini 50 min avro məbləğində cərimələyib

UEFA milli komandamızın rəqibini 50 min avro məbləğində cərimələyib
# 03 noyabr 2011 08:57 (UTC +04:00)
Bakı – APA. Noyabrın 11-də yoldaşlıq oyununda Azərbaycan millisinin rəqibi olan Albaniya yığması cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, rəqibimizi UEFA tərəfindən 50 min avro cərimələnib.

Buna Avro-2012-nin seçmə mərhələsinin sentyabrın 2-də Fransa ilə görüşündə baş verən qalmaqal səbəb olub. Məsələ ondadır ki, Tiranadakı “Qemal Stafa” stadionunda baş tutan görüşdə azarkeşlər insident yaratmışdılar.

Qeyd edək ki, Albaniya – Azərbaycan oyunu da “Qemal Stafa” stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR