Bank Of Baku

AFFA-nın prezidenti: Ağsuda da futbol komandası olacaq

AFFA-nın prezidenti: Ağsuda da futbol komandası olacaq
# 03 noyabr 2011 19:29 (UTC +04:00)
Bakı-APA. AFFA prezidenti Rövnəq Abdullayev 2010/2011 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimindən sonra brifinq keçirib. Apasport.az saytının xəbərinə görə, assosiasiya rəhbəri bildirib ki, hazırkı tədbir çox geciksə belə, gələn il belə olmayacaq: “Analoji tədbir gələn il vaxtında təşkil olunacaq. Yəni, çempionat başa çatan kimi qaliblər mükafatlarına sahib çıxacaqlar”.

Abdullayev daha sonra bildirib ki, Gəncə və Sumqayıt şəhərlərindəki stadionlarda təmir işləri aparılacaq: “Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yenidənqurma işləri aparılacaq və 15 min azarkeş tutacaq. Eləcə də, Gəncə şəhərindəki arenanın təmiri nəzərdə tutulub”.
Oktyabrın sonlarında ölkə başçısı İlham Əliyevin iştirakı ilə Ağsuda yeni stadionun açılışı oldu. Bununla bağlı danışan Abdullayev bildirib ki, yaxın gələcəkdə Ağsuda da futbol komandası olacaq”.

Onun sözlərinə görə AFFA almaniyalı mütəxəssis Berti Foqts haqda hansısa qərar verməyib. “Onun millimizdə qalıb-qalmayacağı İcraiyyə Komitəsinin iclasından sonra bilinəcək”.

Abdullayev Vaqif Cavadovun milli komandamızdan imtinasına da toxunub: “Əlbəttə ki, Vaqif Cavadovun hərəkətini düzgün saymıram. Futbolçu ilk növbədə əsgərdir. Əsgər də ilk növbədə Vətənə qulluq etməlidir. Əgər futbolçu da əsgər kimi xidmət yerini tərk edirsə, fəraridir”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR