Bank Of Baku

“Milan” klubunun futbolçusu ürəyindən əməliyyat olunub

“Milan” klubunun futbolçusu ürəyindən əməliyyat olunub
# 04 noyabr 2011 10:50 (UTC +04:00)
Bakı – APA. “Milan” klubunun hücumçusu Antonio Kassano ürəyindən əməliyyat olunub. Apasport.az saytının xəbərinə görə, 35 dəqiqə çəkən əməliyyatı həyata keçirən həkim futbolçunun səhhəti ilə bağlı heç bir problem olmadığını bildirib.
Həkim eyni zamanda, 29 yaşlı futbolçunun yenidən yaşıl meydanlara qayıtması üçün bir neçə aya ehtiyacı olacağını və Kassanonun həyəcan keçirməməyinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Kassano İtaliya A Seriyasının sonuncu turunda səfərdə "Roma" (3:2) ilə keçirilən oyundan sonra geri qayıdarkən təyyarədə insult keçirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR