Bank Of Baku

Milli komandanın qapıçısı Kamran Ağayev “Xəzər Lənkəran”dan qovulub

Milli komandanın qapıçısı Kamran Ağayev “Xəzər Lənkəran”dan qovulub
# 07 noyabr 2011 10:47 (UTC +04:00)
Apasport.az saytının xəbərinə görə, oktyabrın 21-də “Bakı” ilə səfər matçında buraxdığı kobud səhvlərdən sonra kapitan sarğısından məhrum edilən Kamran Ağayevin cənub təmsilçisindən qovulub.

Düzdü, “ağ-yaşıllar”ın “Neftçi”yə 0:5 hesablı uduzduqları oyununda qapını Ağayev deyil, Kamal Bayramov qoruyub. Amma Kamran ciddi səbəb olmadan bu oyuna qəsdən çıxmaq istəməyib. O, komandasının cari mövsümdə “İnter”ə səfər görüşündə də meydana çıxmamışdı.

Əldə etdiyimiz məlumata görə, rəhbərlik həm “İnter”, həm də “Neftçi” ilə çətin matçda komandaya biganə münasibət göstərən, son vaxtlar komandada ab-havanı pozan belə qapıçının düşərgədə olmasındansa, olmamasına üstünlük verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR