Bank Of Baku

İbrahim Üzülməz Azərbaycanda məşqçi diplomu alıb

İbrahim Üzülməz Azərbaycanda məşqçi diplomu alıb
# 11 noyabr 2011 11:16 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, “Qara Qartallar”ın və Türkiyə yığmasının 38 yaşlı sabiq futbolçusu bu yöndə ilk addımını Azərbaycanda atıb. Ötən mövsümün ortasında “Beşiktaş” rəhbərliyinin sürpriz qərarından sonra uzun illər şərəfini qoruduğu doğma klubu ilə yollarını ayırmalı olan İbrahim futbolçu karyerasına da son qoyub. Ancaq keçmiş sol cinah müdafiəçisi məşqçilik lisenziyası almaq üçün Azərbaycana üz tutub. AFFA-nın keçirdiyi 26 günlük məşqçilik kurslarına qatılan Üzülməz B kateqoriyalı diplom alıb. Məşqçilik sahəsində almaniyalı mütəxəssislərdən təhsil alan İ. Üzülməz bir neçə ay ərzində A kateqoriyalı diplom alaraq, Türkiyədə məşqçilik edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR