Bank Of Baku

Türkiyə və Estoniya yığmaları Avropa çempionatının final mərhələsinə düşmək şansı azalıb

Türkiyə və Estoniya yığmaları Avropa çempionatının final mərhələsinə düşmək şansı azalıb
# 12 noyabr 2011 08:47 (UTC +04:00)
Bakı-APA. 2012-ci il Avropa çempionatının final mərhələsinə çıxmaq uğrunda pley-off mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, İstanbulda Türkiyə və Xorvatiya yığmaları arasında keçirilən ilk oyun pley-off mərhələsinin taleyini həll edib. Xorvatiya yığması bu oyunda 3:0 hesabı ilə qalib gəlib.

Qaradağ yığmasını 2:0 hesabı ilə məğlub edən Çexiya millisinin mərhələ adlamaq şansı xeyli yüksəkdir. Portuqaliya isə səfərdə Bosniya və Herseqovinanın müqavimətini qıra bilməyib. Pley-offun ən zəif komandası sayılan Estoniya isə İrlandiya qarşısında aciz qalıb. 2 futbolçusu qırmızı vərəqə alan meydan sahibləri rəqiblərinə 4:0 hesabı ilə məğlub olub.

11 noyabr

Bosniya və Herseqovina - Portuqaliya - 0:0

Türkiyə - Xorvatiya - 0:3
Oliç, 2, Mandzukiç, 32, Çorluka, 51

Çexiya – Çernoqoriya - 2:0
Pilar, 63, Suvok, 90+2

Estoniya - İrlandiya - 0:4
Endryu, 13, Valter, 67, Kin, 71, 88-p

Qeyd edək ki, cavab oyunları noyabrın 15-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR