Bank Of Baku

Azərbaycanın futbol üzrə milli komandasının heyətindən daha 2 futbolçu kənarlaşdırılıb

Azərbaycanın futbol üzrə milli komandasının heyətindən daha 2 futbolçu kənarlaşdırılıb
# 12 noyabr 2011 11:56 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Albaniya yığmasına Tiranada 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündən sonra Mahir Şükürov, Branimir Subaşiç, Vladimir Levinlə yanaşı, müdafiəçi Rail Məlikov və hücumçu Elşən Məmmədov bu gün düşərgəni tərk edərək Bakıya qayıdacaqlar. Ancaq evə göndərilən oyunçular arasında yarımmüdafiəçi Rəşad Sadiqov olmayacaq. Albanlarla oyunda hücumçu Rauf Əliyevə məhsuldar ötürmə verən Rəşadın yığmada saxlanmasına qərar verilib.

Albaniyada təlim-məşq toplanışını yekunlaşdıran millimiz bu gün Almaniyaya yollanır. Berlində təlim-məşq toplanışı çərçivəsində noyabrın 15-də II Bundesliqa təmsilçisi “Union Berlin”lə yoldaşlıq görüşü keçirəcək. Bu oyununun test xarakterli olduğu nəzərə alınaraq və gələcəkdə millidə çıxış etmək ehtimalı böyük olan gənc futbolçuların təcrübə toplaması məqsədilə komandanın heyətində dəyişiklik edilib. Hazırda Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət yığmamızın futbolçularından Amit Quluzadə, Bədavi Hüseynov, Rizvan Umarov və milliləşdirilən türkiyəli Cihan Özkara millinin düşərgəsinə yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR