Bank Of Baku

Azərbaycan London Olimpiadasına daha 5 lisenziya qazanıb

Azərbaycan London Olimpiadasına daha 5 lisenziya qazanıb
# 14 noyabr 2011 10:02 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası mundialda cəmi 1 bürünc medal qazansa da, çıxışını uğurlu saymaq olar.

Belə ki, Parisdəki yarışadək yığmamızın aktivində 69 lisenziya xalı var idi. 2010-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında əldə etdiyimiz bu xallar bizə 4 Olimpiya lisenziyası verirdi. Fransadakı mundialda isə bu reytinqimizi təsdiqləməli və imkan daxilində onu daha da artırmalı idik. Məhz belə də oldu. Parisdə atletlərimiz bir il əvvəlkindən daha yaxşı çıxış edərək, 93 xal qazandılar. Yekunda əldə etdiyimiz 162 xal isə komandamıza 2012-ci ildə Londonda keçiriləcək 30-cu Yay Olimpiya Oyunlarına 5 kişi idmançı ilə təmsil olunmaq imkanı verib.

Qadınların yarışında ümumi sıralamada isə yığmamız 30-cu yeri tutub. Bir il əvvəl Türkiyədə cəmi 7 xal qazanan millimiz Fransada bunun üzərinə daha 59 xal da gətirib. Ancaq təəssüf ki, toplamda əldə etdiyimiz 66 xal idmançılarımıza Olimpiadaya lisenziya qazanmaq imkanı verməyib.

Beləliklə, Azərbaycan milli komandasının London-2012-yə qazandığı lisenziyaların sayı 28-ə çatıb.

Qeyd edək ki, yığmamıza dünya çempionatında yeganə bürünc medalı Valentin Xristov (56 kq) qazandırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR