Bank Of Baku

Uve Neyxauz: “Azərbaycanla yoldaşlıq görüşü keçirmək çox maraqlı olacaq”

Uve Neyxauz: “Azərbaycanla yoldaşlıq görüşü keçirmək çox maraqlı olacaq”
# 14 noyabr 2011 11:20 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək çox maraqlı olacaq. İnanıram ki, azarkeşlər yaxşı oyuna şahidlik edəcəklər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Union Berlin” klubunun baş məşqçisi Uve Neyxauz deyib.

52 yaşlı mütəxəssis Azərbaycan yığması ilə sabahkı yoldaşlı matçı haqda fikirlərini açıqlayıb: “Azərbaycan millisini Almaniya yığması ilə seçmə oyunlara əsasən tanıyıram. Bilirəm ki, Berti Foqtsun sərəncamında çox yaxşı futbolçular var”.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – “Union Berlin” oyunu saat 21:30-da başlayacaq
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR