Bank Of Baku

Kamran Ağayev “Xəzər Lənkəran” klubu ilə müqaviləsinin müddətini artırıb

Kamran Ağayev “Xəzər Lənkəran” klubu ilə müqaviləsinin müddətini artırıb
# 14 noyabr 2011 12:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev “Xəzər Lənkəran”la müqaviləsinin müddətini artırıb. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib.

25 yaşlı qapıçı bildirib ki, 2006-cı ildən şərəfini qoruduğu cənub təmsilçisi ilə cari mövsümün sonunda bitəcək anlaşmasının müddətini artırıb: “6 aya ehtiyac yoxdur. Mən klubla anlaşmamı artırmışam, uzun müddətli müqaviləm var. Əslində, müqavilə elə-belə şeydir, əsas insanın verdiyi sözdür”.

Ağayevin sözlərinə görə, bu müddətdə xaricdə oynamaq variantı olsa, gedişinə imkan yaradılacaq: “Xaricdə oynamaq ehtimalım olmasa, burdayam. “Xəzər Lənkəran”la 2 illik müqaviləm var. Belə götürəndə, daha çoxdur, uzunmüddətlidir. Mən gələcəkdə xaricdə oynamaq istəyirəm və təklif alaramsa, klub gedişimə əngəl yaratmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR