Bank Of Baku

Milli komandamızın oyunlarının təqvimi dəqiqləşdi

Milli komandamızın oyunlarının təqvimi dəqiqləşdi
# 15 noyabr 2011 08:19 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə dünya çempionatının (DÇ) əsas seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı V qrupun oyunlarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək matçlar heç vaxt iştirak etmədiyimiz DÇ-nin final mərhələsinə çıxmaq şansımızı artırır.

Bunun üçün qrupda ilk 2 yeri tutmağımız lazımdır. Qrup qalibi pley-off mərhələsində digər qrupun 2-ci yeri ilə görüşəcəyindən, meydan sahibi olduğumuz seçmə mərhələdə 1-ci olmalıyıq.

Avropada əsas seçmə mərhələdə 28 komanda iştirak edir və onlardan 7-si 2012-ci il Tailandda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. 7 qrupda ilk 2 yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Pley-off oyunları gələn ilin martın 25-28-i və aprelin 8-11-də keçiriləcək.

15 dekabr
18:30. Ukrayna – Makedoniya
21:00. Azərbaycan – Xorvatiya

16 dekabr
18:30. Xorvatiya – Ukrayna
21:00. Azərbaycan – Makedoniya

18 dekabr
18:30. Makedoniya – Xorvatiya
21:00. Ukrayna – Azərbaycan

Qeyd edək ki, paytaxtımızdakı bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR