Bank Of Baku

Azərbaycan yığması Xorvatiya ilə görüşəcək

Azərbaycan yığması Xorvatiya ilə görüşəcək
# 15 noyabr 2011 09:14 (UTC +04:00)
Bakı – APA. Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək qızlar arasında 2013-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, gələn il Azərbaycanda keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək milli komandamız qitə birinciliyinin 6-cı seçmə qrupunda oynayacaq.

Yığmamızın rəqibləri İsveç, Avstriya və Xorvatiya olacaq. Gələn ilin payızında keçiriləcək seçmə oyunlarda 11 qrupun qalibi və 2-ci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5-i növbəti mərhələyə yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR