Bank Of Baku

“Bakı” klubunun prezidenti Braziliyaya dəvət olundu

“Bakı” klubunun prezidenti Braziliyaya dəvət olundu
# 15 noyabr 2011 13:03 (UTC +04:00)
Bakı – APA. "Bakı" klubunun prezidenti Hafiz Məmmədov mötəbər futbol sərgisinə dəvət alıb. Apasport.az saytının məlumatına görə, "Soccerex"in icraçı-direktoru Daniel Kperbs tərəfindən imzalanan rəsmi məktubda "Bakı"nın uşaq və yeniyetmə futbolu sahəsindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərə xüsusi diqqət yetirilir. Krebs Məmmədovun “Soccerex-2011”də VİP qonaq simasında görməkdən məmnun olacağını ifadə edib.

Noyabrın 26-dan 30-dək Rio-de-Janeyroda təşkil olunacaq festivalda FİFA, Braziliya Futbol Federasiyası (CBF), "Çelsi", "Milan" klubları, “Coca Cola”, “Adidas”, “Sony” kimi nəhəng şirkətlər yeni futbol texnologiyaları nümayiş etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR