Bank Of Baku

“Mançester Yunayted” klubu 5 yaşlı uşaqla müqavilə imzaladı

“Mançester Yunayted” klubu 5 yaşlı uşaqla müqavilə imzaladı
# 16 noyabr 2011 11:58 (UTC +04:00)
Bakı – APA. “Mançester Yunayted” dünya futbolunda görünməmiş transfer edib. Apasport.az saytının məlumatına görə, İngiltərənin ən titullu klubu 5 yaşlı Çarli Ceksonla müqavilə imzalayıb. Ancaq futbolda ilk addımlarının atan körpə ilə anlaşmanın müddəti açıqlanmır.

Çarli “Mançester Yunayted”lə həftədə 1 dəfə məşq edir. Onun ailəsi Mançester şəhərinin kənarında olan Dentonda yaşayır. Uşaq klubda məşqlərlə yanaşı, futbol məktəbinə gedir. “Mançester Yunayted”in seleksiyaçıları Ceksona hələ 3 yaşında diqqət yetirərək, onu 2 il izləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR