Bank Of Baku

Türkiyə Futbol Federasiyası Quus Hiddinkin istefaya göndərildiyini rəsmən açıqlayıb

Türkiyə Futbol Federasiyası Quus Hiddinkin istefaya göndərildiyini rəsmən açıqlayıb
# 16 noyabr 2011 12:31 (UTC +04:00)
Tərəflər arasında aparılan danışıqlar nəticəsində Q. Hiddinkin müqaviləsi qarşılıqlı anlaşma ilə ləğv edilib.

Xatırladaq ki, Türkiyə milli komandası Q. Hiddinkin rəhbərliyi ilə 2012-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilməyib. Türkiyə pley-off mərhələsində Xorvatiya mili komandasına öz meydanında 0-3 hesabı ilə məğlub olub, cavab oyunu isə 0-0 hesabı ilə başa çatıb.

Q. Hiddinkin yerini Türkiyənin “İstanbul Böyükşəhər Bələdiyyəsi” komandasının baş məşqçisi Abdulla Avcının gətiriləcəyi gözlənilir. TFF-nin ən qısa müddətdə A. Avcı ilə bağlı rəsmi açıqlama yayacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR