Bank Of Baku

Türkiyə milli komandasının yeni baş məşqçisinin adı rəsmən açıqlanıb - FOTO

Türkiyə milli komandasının yeni baş məşqçisinin adı rəsmən açıqlanıb - <font color=red>FOTO</font>
# 17 noyabr 2011 16:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, Türkiyə Futbol Federasiyası (TFF) bu vəzifəni “İstanbul Böyükşəhər Bələdiyyəsi” futbol komandasının baş məşqçisi Abdulla Avcıya etibar edib. A. Avcı ilə 2015-ci il mayın 31-nə qədər qüvvədə olacaq rəsmi müqavilə imzalanıb.

Abdulla Avcı 1963-cü il təvəllüdlüdür. Türkiyənin müxtəlif klublarında futbol oynayıb. Məşqçilik karyerasına 1999-cu ildə “İstanbulspor” klubunda başlayıb. 2004-2005-ci illərdə “Qalatasaray”ın yeniyetmələrdən ibarət (dublyor) komandasının baş məşqçisi olub, daha sonra Türkiyə U17 milli komandasının baş məşqçisi təyin edilib. 2005-ci ildə Türkiyə U17 milli komandası onun rəhbərliyi ilə Avropa çempionu olub. 2006-cı ildə “İstanbul Böyükşəhər Bələdiyyəsi” komandasının baş məşqçisi vəzifəsinə gətirilib. Bu komandanı ikinci liqadan yüksək liqaya çıxarıb.

Xatırladaq ki, Türkiyə milli komandası 2012-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilmədikdən sonra hollandiyalı baş məşqçi Quus Hiddink vəzifəsindən uzaqlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR