Bank Of Baku

Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun dopinqdən istifadə etdiyi təsdiqlənib

Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun dopinqdən istifadə etdiyi təsdiqlənib
# 18 noyabr 2011 15:28 (UTC +04:00)
Bu haqda apasport.az saytına 29 yaşlı müdafiəçinin formasını geyindiyi “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, bununla bağlı UEFA klubun ofisinə faks göndərib: “Faksda göstərilib ki, Türkiyə yığması ilə rəsmi oyundan sonra dopinq-test verən Mahirin qanından istifadəsi qadağan olan dərman preparatı aşkarlanıb. Ancaq bu, ilkin nəticədir və UEFA araşdırmanı davam etdirir. Şükürov bu müddətdə heç rəsmi oyunda iştirak edə bilməz. Bu isə o deməkdir ki, Mahir “Neftçi” ilə qarşıdakı oyunda meydana çıxmayacaq. Ümumiyyətlə, Şükürov UEFA yekun qərar çıxarana qədər oynaya bilməz”.

Qeyd edək ki, araşdırmalarını yekunlaşdırandan sonra UEFA-nın futbolçumuza uzun müddətli cəza verəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR