Bank Of Baku

Azərbaycan prezidenti “Qəbələ” Futbol Klubunun stadion və təlim-məşq bazası kompleksində aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan prezidenti “Qəbələ” Futbol Klubunun stadion və təlim-məşq bazası kompleksində aparılan tikinti işləri ilə tanış olub
# 18 noyabr 2011 15:51 (UTC +04:00)
APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, əsas stadionun, məşq bazasının və Qəbələ Futbol Akademiyasının inzibati binasının tikintisi kompleks şəkildə aparılır. Bunun üçün 7 hektar torpaq sahəsi ayrılıb.

Klubun 15 min yerlik əsas stadionunun tikintisi ən yüksək standartlara uyğun aparılacaq. Hazırda klub ev oyunlarını 4 min tamaşaçı yeri olan stadionda keçirir. Tikiləcək əsas stadionla yanaşı, kompleksdə əlavə 6 stadion da fəaliyyət göstərəcək. Beşi təbii, biri isə süni örtüklü olan stadionlardan dördü artıq istifadəyə verilib.

Prezidentə Qəbələ Futbol Akademiyasının yeni binasında aparılan tikinti işləri barədə də məlumat verilib. İnşaat işləri ilə paralel olaraq “Qəbələ” klubunun uşaq futbol bölmələrinə seçimlər də aparılıb. Hazırda akademiyada 200-dək uşaq təlim keçir.

Hələlik seçimlər Qəbələ rayonunu, gələcəkdə isə bütün bölgələri əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR