Bank Of Baku

Berti Foqts Azərbaycana qayıdır

Berti Foqts Azərbaycana qayıdır
# 19 noyabr 2011 10:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin baş məşqçisi Bakıya qayıdır. Apasport.az saytının məlumatına görə, yığmanın noyabrın 11-də Albaniya, 15-də Almaniyanın “Uniion-Berlin” klubu ilə görüşlərindən sonra vətənində qalan 65 yaşlı mütəxəssis bu gün ölkəmizə gələcək.

Çalışdırıcının belə tez qayıtmasının səbəbi noyabrın 25-də Lüksemburqda keçiriləcək tədbirdir. Foqts DÇ-2014-ün seçmə mərhələsinin təqviminin müəyyənləşməsində özü iştirak etməyi lazım bilib.

Azərbaycana tədbirdən xeyli tez qayıdan almaniyalı vaxtın olmasından istifadə edib, Premyer Liqa oyunlarından birini də izləyəcək. Bu matçın sabah keçiriləcək “İnter” – “Qarabağ” görüşü olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR