Bank Of Baku

Milli komandamızın dünya çempionatında keçirəcəyi oyunlarının tarixi noyabrın 25-də müəyyənləşəcək

Milli komandamızın dünya çempionatında keçirəcəyi oyunlarının tarixi noyabrın 25-də müəyyənləşəcək
# 19 noyabr 2011 11:18 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi noyabrın 25-də müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Avropa zonasının F qrupunda yer alan milli komandaların nümayəndələrinin təqvimlə bağlı Lüksemburqda keçirəcəyi görüşün tarixi artıq dəqiqləşib.

Əvvəlcədən noyabrın sonlarına planlaşdırılan tədbir ayın 25-də baş tutacaq. Bunu açıqlayan Portuqaliya Futbol Federasiyası tədbirdə 3 nəfərlə təmsil olunacağını bəyan edib. Bunlar yığmanın baş məşqçisi Paulu Bentu, onun köməkçisi Leonel Pontes və qurumun idman direktoru Karlos Qodinyodur.

Azərbaycanı isə tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Berti Foqts təmsil edəcək.

Qeyd edək ki, F qrupunda Azərbaycan, Portuqaliya və tədbirə ev sahibliyi edən Lüksemburqla yanaşı, İsrail, Rusiya və Şimali İrlandiya da yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR