Bank Of Baku

Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qorudu

Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qorudu
# 21 noyabr 2011 12:42 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Dünya Kubokunun yekununa əsasən açıqlanan siyahıda Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası mövqeyini qoruyub.

Belə ki, London-2012-yə lisenziya xarakterli seçmə mərhələdə zəif çıxış edən və Dünya Kubokunda da iştirak etməyən Faiq Qarayevin yetirmələri yenə Tunis yığması ilə 35-36-cı yerləri bölüşürlər. Onların aktivində 18 reytinq xalları var.

Komandamızdan fərqli, ilk “20-lik”də qərarlaşan millilərin mövqeyindən dəyişiklik olub. Dünya Kubokunda gümüş mükafatlara sahib çıxan ABŞ yığması (285 xal) liderliyə yüksəlib. Əvəzində Braziliya voleybolçuları isə ikinci yerə eniblər. İlk “üçlüyü” 2 rəqibin qabaqlayan Yaponiya daxil olub.

Qeyd edək ki, kişi voleybolçular arasında Dünya Kuboku yeni start götürdüyündən onlar üçün reytinq cədvəli yarışdan sonra açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR