Bank Of Baku

Berti Foqts: “Rusiya və Portuqaliya yığmasının əsəblərini poza bilərik”

Berti Foqts: “Rusiya və Portuqaliya yığmasının əsəblərini poza bilərik”
# 25 noyabr 2011 14:21 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin təqvimindən razı qalıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda təqvimin müzakirəsi başa çatdıqdan sonra almaniyalı mütəxəssis oyunların ardıcıllığından məmnun qaldığını bildirib: “Yığmanın “sükanı arxası”nda qalıb-qalmayacağını bilmirəm. Ancaq təqvim bizim üçün uğurlu alındı. Ümumiyyətlə, Azərbaycan üçün əladır ki, ora Ronaldo Nani, Arşavin kimi ulduzlar gələcək. Bu, futbol həvəskarları üçün əsl bayramdır! Aydın məsələdir ki, qrupumuzda 2 aşkar favorit – Rusiya və Portuqaliya yığmasıdır. Ancaq digər komandalar Lüksemburq istisna olmaqla, uğurlu şərait nəticəsində onların əsəblərini poza bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR