Bank Of Baku

Azərbaycan çempionu 632 gündən sonra uduzdu

Azərbaycan çempionu 632 gündən sonra uduzdu
# 29 noyabr 2011 08:37 (UTC +04:00)
Bakı – APA. Naxçıvanın “Araz” futzal klubunun Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Joze Alesio da Silvanın yetirmələri noyabrın 28-də “Neftçi” İSM-lə ölkə çempionatının X turunun matçından xalsız ayrılıb.

Son 7 mövsümün dəyişməz çempionu cari mövsümün ilk 9 oyununda 8 qələbə qazanıb, 1 heç-heçə etmişdi. Naxçıvanlılar 2010/11 mövsümündə çempionluğu bayram edərkən də uduzmamışdı. Ötən mövsümün 20 oyununda “Araz” 17 qələbə qazanmışdısa, 3 dəfə bərabərliyə qalmışdı.

Çempionun son yenilgisi isə 2009/10 mövsümünə təsadüf edib. 2010-cu il martın 6-da “Ekol”a 2:3 hesabı ilə uduzan “Araz” həmin mövsümün son 6 oyununda da qalib gəlmişdi.

Bu isə o deməkdir ki, 632 gündən sonra uduzan Naxçıvan təmsilçisi bu müddətdə 35 məğlubiyyətsiz oyun keçirib. Həmin 35 qarşılaşmada 31 qələbə qazanan “Araz” 4 dəfə heç-heçə edib. Yəni “Ekol”dan “Neftçi” İSM-ə qədər çempion 97 xal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR