Bank Of Baku

Ramil Diniyevin cəzası məlum oldu

Ramil Diniyevin cəzası məlum oldu
# 30 noyabr 2011 07:53 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda dekabrın 20-də keçirilmiş qalmaqallı “Qəbələ” – “Neftçi” matçının (1:0) baş hakimi Ramil Diniyevin cəzası məlum olub. Apasport.az saytının məlumatına görə, kobud səhvlərə yol verən gənc referi bu il bir daha təyinat almayacaq.

Diniyev gələn ilin fevralınadək heç bir yarışda idarəçilik etməyəcək. Premyer Liqada bu il daha 5 tur olacaq və bundan sonra fevralın 10-dək fasilə yaranacaq. Ancaq Diniyev həmin vaxt Premyer Liqaya qayıtmayacaq. Onun cəzası bitəndən sonra aşağı yaş qrupları üzrə komandaların çempionatında hakimlik edib-etməməsinə baxılacaq.

Qeyd edək ki, Diniyev Qəbələdəki oyunun son saniyələrində meydan sahiblərinin qapısına şübhəli penalti təyin etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR