Bank Of Baku

Bu gün Avropa çempionatının final mərhələsinin püşkü atılacaq

Bu gün Avropa çempionatının final mərhələsinin püşkü atılacaq
# 02 dekabr 2011 10:04 (UTC +04:00)
Bakı – APA. Bu gün 2012-ci il Avropa çempionatının final mərhələsinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək tədbir Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Final mərhələsinin 16 iştirakçısı pley-off oyunları başa çatandan sonra milli komandalar üçün müəyyənləşən UEFA-nın son reytinqinə əsasən 4 səbətə bölünüb. Ukrayna ilə Polşa isə meydan sahibi olduqları üçün ilk səbətdə yer alıblar. Ukrayna milli komandasının A, Polşa yığmasının D qrupunda yer alacağı indidən bilinir.

Millimizin Avro-2012-nin seçmə mərhələsində yer aldığı qrupun qalibi kimi yüz faizli nəticə göstərən Almaniya yığmasının I yox, II səbətdə yer almağı əsas diqqəti çəkən məqamdır. Nəticədə almanlar İspaniya, Portuqaliya və Fransa ilə bir qrupa düşməklə, “ölüm qrupu”nu təşkil edəcək. Yığmamızın DÇ-2014-ün seçmə mərhələsində rəqiblərindən Portuqaliya və Rusiya milliləri ayrı-ayrı səbətlərdə yer aldıqlarından, final mərhələsində də bir qrupda çıxış edə bilərlər.

1-ci səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya
2-ci səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya
3-cü səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç
4-cü səbət: Danimarka, Fransa, İrlandiya, Çexiya
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR