Bank Of Baku

“Traktorsazi” Tehranda “Perspolis”i məğlubiyyətə uğradıb

“Traktorsazi” Tehranda “Perspolis”i məğlubiyyətə uğradıb
# 02 dekabr 2011 18:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bu gün İranın futbol üzrə ölkə çempionatının 15-ci həftəsi çərçivəsində Təbrizin “Traktorsazi” komandası Tehranda yerli “Perspolis” klubunun qonağı olub. APA-nın məlumatına görə, “Azadi” stadionunda baş tutan görüşün birinci hissəsində tərəflər qapılara yol tapa bilməyiblər. Ancaq ikinci hissəyə sürətli başlayan qonaqlar oyunun 50-ci dəqiqəsində istəklərinə nail olublar. Siyavuş Əkbərpur Təbriz komandasını önə çıxarıb – 1:0. Qarşılaşmada başqa qol olmayıb və görüş “Traktorsazi”nin minimal hesablı qələbəsi ilə başa çatıb. Bununla da xalını 27-yə çatdıran “Traktorsazi” turnir cədvəlində “İstiqlal”dan sonra ikinci sırada qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR