Bank Of Baku

Milli komandamız Rusiya klubuna uduzdu

Milli komandamız Rusiya klubuna uduzdu
# 03 dekabr 2011 11:15 (UTC +04:00)
Bakı – APA. Rusiyada təlim-məşq toplanışında olan Azərbaycan futzal yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Moskvadakı hazırlıq çərçivəsində “Norilski Nikel” klubu ilə görüşüb.

Oyun 6:4 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb. Millimizin heyətində Rəcəb Fərəczadə dubl edib. Rizvan Fərzəliyevlə milliləşdirilən braziliyalı Tyaqo hərəyə 1 fərqlənib.

Qeyd edək ki, bu, milli komandamızın dekabrın 15-dən 18-dək Bakıda keçiriləcək dünya çempionatının II seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR