Bank Of Baku

Mirça Rednik: “Bəlkə bu yolla vəziyyətdən çıxmaq mümkün oldu”

Mirça Rednik: “Bəlkə bu yolla vəziyyətdən çıxmaq mümkün oldu”
# 05 dekabr 2011 07:43 (UTC +04:00)
Bakı – APA. “Mənim “Xəzər Lənkəran”dan ayrılmağım istefa deyil. Nə istefa vermişəm, nə də klub rəhbərliyi məni istefaya göndərib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılan Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssis postunu tərk etməsinin klub naminə atılan addım olduğunu açıqlayıb: “Biz klub prezidenti ilə söhbət edib, komandadan ayrılmağımın ən düzgün addım olduğu qərarına gəldik. Mənim gedişim futbolçular üçün müsbət stimul ola bilər. Bəlkə bu yolla vəziyyətdən çıxmaq mümkün oldu. Komandadan sırf nəticələrə görə ayrılıram. Düşünürəm ki, bu, “Xəzər Lənkəran”ın xeyrinə olan qərardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR