Bank Of Baku

“Turan” – “Qarabağ” oyununun hakimləri döyülüb

“Turan” – “Qarabağ” oyununun hakimləri döyülüb
# 05 dekabr 2011 08:01 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, yerli azarkeşlər matçı idarə edən Rauf Cabbarovun başçılıq etdiyi hakimlər briqadasına ağır xəsarət yetiriblər.

Nəticədə Cabbarov sifətindən zərbə alıb, onun köməkçisi Həsənovun isə başı yarılıb. Həkimlərin köməyindən sonra yan xətt hakiminin başına sarğı qoyulub.

Hakimləri otaqda gözləyən 4 azarkeş onlar içəri girən kimi “Turan”a qarşı qərəzli idarəçilikdə ittiham edəndən sonra təhqirə və fiziki təzyiqə əl atıblar. Raufun sifətinə dəyən zərbə nəticəsində almacıq sümüyü qırılıbsa, Coşqunun başına çırpılan stəkan onu al qana boyayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR