Bank Of Baku

Rauf Əliyev Berti Foqtsla müqavilənin artırılmasına münasibət bildirdi

Rauf Əliyev Berti Foqtsla müqavilənin artırılmasına münasibət bildirdi
# 05 dekabr 2011 09:34 (UTC +04:00)
Bakı – APA. “İcraiyyə Komitəsinin millinin baş məşqçisi Berti Foqtsla müqavilənin müddətinin 2014-cü ilə qədər artırılmasını tam dəstəkləyirəm”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

Ötən həftə AFFA-nın İcraiyyə Komitəsinin toplantısı keçirilsə də, Əliyev ölkə xaricində olduğundan üzvü olduğu qurumun iclasına qatıla bilməmişdi. Gec də olsa, fikirlərini açıqlayan assosiasiya rəsmisi Berti Foqtsla müqavilənin müddətinin artırılması qərarını dəstəkləyib: “Çünki onun kimi beynəlxalq səviyyəli bir məşqçinin təcrübəsindən və bacarığından bəhrələnməliyik. Mən həmişə onun işini və fəaliyyətini yüksək qiymətləndirmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR