Bank Of Baku

Azərbaycan kubokunda yarımfinalçılar dəqiqləşib

Azərbaycan kubokunda yarımfinalçılar dəqiqləşib
# 20 dekabr 2019 21:53 (UTC +04:00)

Azərbaycan kubokunda yarımfinal cütlərinin tam tərkibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu gün başa çatan 1/4 final mərhələsindən sonra ikinci cüt də dəqiqləşib.

Gələn ilin aprelində baş tutacaq raundda “Sumqayıt”la “Qarabağ” görüşəcək. Sonuncular “Keşlə”ni hər iki oyunda yeniblərsə (1:0, 3:1), sumqayıtlılar “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıblar. 

Aprelin 22-dəki ilk matçda “Sumqayıt” ev sahibi olacaq. “Qarabağ”ın meydanındakı görüş ayın 29-da baş tutacaq.

Qeyd edək ki, bir gün öncə müəyyənləşən digər yarımfinal cütündə “Qəbələ” və “Zirə” qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR