Bank Of Baku

"Azərreyl" Slovakiya millisinin hücumçusunu transfer edib

"Azərreyl" Slovakiya millisinin hücumçusunu transfer edib
# 08 may 2020 10:23 (UTC +04:00)

“Azərreyl” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. 

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Slovakiya milli komandasının voleybolçusu Romana Hudeçova ilə danışıqları müsbət yekunlaşdırıb. 

27 yaşlı, 178 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, son mövsümü Albaniyanın “Partizani” klubunda keçirib. Hudeçova daha öncə “Nitra”, “Slaviya” və “Strabak” komandalarının şərəfini qoruyub. 

Hücumçu 3 dəfə Slovakiya çempionu, 1 dəfə ölkə kubokunun sahibi olub. O, 2010-cu ildən Slovakiyanın gənclər, 2013-cü ildən əsas yığmasının formasını geyinir. 

Qeyd edək ki, “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene ilə müqavilə bağlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR