Koronavirus pandemiyası üzündən dayandırılan futbol üzrə Belçika çempionatı davam etdirilməyəcək.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırda turnir cədvəlinin lideri olan “Brügge” çempion elan olunacaq.
İkinci pillədəki “Gent” gümüş medal və Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanacaq.
“Şarlerua” Avropa Liqasının qrupuna, “Standart”la “Antverpen” təsnifat mərhələsinə yollanacaq. Liqa rəhbərliyinin verdiyi bu qərar Baş Assambleyada təsdiqlənməlidir.
Qeyd edək ki, Belçika kuboku və 2-ci liqa ilə bağlı xüsusi İşçi Qrup yaradılacaq.
Belçika çempionatında lider çempion elan olunacaq
02 aprel 2020 17:13 (UTC +04:00)