Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş tədbir keçirilib

Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş tədbir keçirilib
# 12 oktyabr 2015 13:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstiqlal Muzeyi və Milli Qvardiyanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən əmlumata görə, tədbirdə tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov tərəfindən hazırlanmış generalın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Filmin müəllifi Mahir Qəribov, Səməd bəy Mehmandarovun yaxın qohumu Əfrasiyab Talışinski məruzə ilə çıxış edib, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Yaradıcılıq Evinin nümayəndələri tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR