Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 03 iyun 2016 10:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib.

Gecədə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, tədbir Azərbaycan prezidentinin “Akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında” 15 yanvar 2016-cı il tarixli sərəncamına əsasən təşkil olunub. V. Axundovun Azərbaycanın ictimai-siyasi həyatında və elm sahəsində xüsusi xidmətləri olduğunu qeyd edən natiq onun həyat və fəaliyyətindən danışıb.

Gecədə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissor Yavər Rzayevin lentə aldığı "Vəli Axundov. XXI əsrdən baxış" sənədli filmi nümayiş olunub.

Yubiley tədbiri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, V. Axundov 1916-cı il mayın 14-də Bakının Saray kəndində anadan olub. 50-ci illərdə Azərbaycan SSRİ səhiyyə nazirinin müavini, Bakı Səhiyyə şöbəsinin müdiri, respublikanın səhiyyə naziri olub. Azərbaycan KP MK-nın birinci katibi olan V. Axundov 1959-1969-cu illərdə respublikaya rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR