“Flamenqo” klubunun vitse-prezidenti Mauritsio Qomes de Mattos koronavirus xəstəliyinə yoluxub.
Apasport.az saytının məlumatına görə, de Mattosun testlərinin cavabı müsbət çıxıb.
Özəl xəstəxanaların birincə karantinə alınan vitse-prezident yaşadığı ərazidə koronavirusa yoluxan üçüncü şəxsdir.
Onunla bağlı çıxan xəbər “Real” cəbhəsində təşvişə səbəb olub. Çünki de Mattos martın 1-də keçirilən “Real” – “Barselona” oyunu zamanı “kral klubu”nun prezidenti Florentino Peresin xüsusi qonağı olub və onlar matçı birlikdə izləyiblər.