Fevralın 12-14-də 52-ci Münhen Təhlükəsizlik Konfransı keçiriləcək

Fevralın 12-14-də 52-ci Münhen Təhlükəsizlik Konfransı keçiriləcək
# 25 yanvar 2016 11:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. 52-ci Münhen Təhlükəsizlik Konfransı səfir Volfqanq İşingerin (Wolfgang Ischinger) sədrliyi ilə fevralın 12-dən 14-dək keçiriləcək.

APA-nın xəbərinə görə, Suriyadakı müharibə, qaçqın böhranı və Avropa təhlükəsizlik nizamının böhranı konfransının gündəliyindəki əsas məsələlər olacaq. 23-dən çox dövlət və hökumət başçısı, onlarla xarici işlər və müdafiə nazirləri artıq konfransda iştiraklarını təsdiqləyiblər. Onların arasında İordaniya kralı II Abdullah, Polşa prezidenti Anjey Duda, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya baş naziri Dmitri Medvedev, İraqın baş naziri Heydər əl Abadi, ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR