Bank Of Baku

Miroslav Kloze "Bavariya"da köməkçi-məşqçi olmağa razılıq verib

Miroslav Kloze "Bavariya"da köməkçi-məşqçi olmağa razılıq verib
# 15 aprel 2020 16:48 (UTC +04:00)

"Bavariya"nın məşqçilər korpusuna yeni mütəxəssis cəlb ediləcək.

Apasport.az saytının məlumatına görə, komandanın sabiq hücumçusu Miroslav Kloze gələn mövsümdən məşqçi kimi Münhen klubuna xidmət edəcək.

Hazırda "Bavariya"nın U-17 komandasına rəhbərlik edən Kloze əsas kollektivdə köməkçi-məşqçi vəzifəsinə təklifi müsbət cavablandırıb. 41 yaşlı mütəxəssis gələn mövsümdən baş məşqçi Hans-Diter Flikin köməkçisi olacaq. İndi yalnız idman direktoru Hasan Salihamidziçlə görüşmək və müqaviləni təsdiqləmək qalıb.

Qeyd edək ki, Miroslav Kloze 2007-2011-ci illərdə "Bavariya"nın formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR