Misirdə beşmərtəbəli bina uçub, 5 nəfər ölüb, 5 nəfər yaralanıb

Misirdə beşmərtəbəli bina uçub, 5 nəfər ölüb, 5 nəfər yaralanıb
# 13 yanvar 2016 00:23 (UTC +04:00)

Bakı-APA. Misirin Əş-Şarkiyə əyalətində beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, evin tikintisi zamanı yol verilmiş texniki qüsurlar binanın uçmasına səbəb olub. Ölənlər arasında bir qadının və altı yaşlı uşağın olduğu bildirilir.

Statistika məlumatlarına əsasən, Misirdə 2 milyonadək ev yaşayış üçün təhlükəli hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR