İtaliya A seriyasının prezidenti Paolo Dal Pino istefa verib.
Apasport.az saytının məlumatına görə, qurum başçısı 2020-ci ilin yanvarından tutduğu postu tərk etməyi lazım bilib.
58 yaşlı funksioner bu vəzifəyədək digər sahələrdə çalışıb. O, “Fininvest”, “Mondadori”, “Kataveb”, “Telecom”, SEAT, “Pirelli” və “Vind” şirkətlərində işləyib.
Qeyd edək ki, Dal Pini bu addımının səbəbini açıqlamayıb.