Bank Of Baku

AFFA: “Azər Əliyev əcnəbi futbolçudur”

AFFA: “Azər Əliyev əcnəbi futbolçudur”
# 02 fevral 2022 13:59 (UTC +04:00)

“Neftçi”nin rusiyalı legioneri Azər Əliyevin statusuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, klubun milliləşdirmək istədiyi futbolçunun özü vətəndaşlığının dəyişdirilməsi müraciət etməlidir: “Azər Əliyev dünən kubok oyununda meydana çıxdı. Amma o, əcnəbi futbolçudur. “Neftçi” şifahi olaraq bizə müraciət edib. Amma futbolçu tərəfindən müraciət olmayıb. Futbolçu ərizə yazmalı, onu qəbul etməliyik və Rusiya Futbol İttifaqına göndərməliyik. Onlardan da məktub gəlməlidir ki, bu oyunçu Rusiya yığmasında oynamayıb. Daha sonra FIFA və UEFA-ya müraciət etməliyik. Yalnız bundan sonra oyunçu milliyə cəlb edilə bilər. Dünənki görüşdə də əcnəbi oyunçu kimi meydana çıxmışdı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR