Bank Of Baku

AFFA prezidenti Qurban Qurbanovu təbrik edib

AFFA prezidenti Qurban Qurbanovu təbrik edib
# 13 aprel 2022 10:46 (UTC +04:00)

AFFA rəhbərliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təbrik edib.

Apasport.az AFFA-nın saytına istinadən məlumatına görə, qurumun prezidenti Rövnəq Abdullayev bu gün – aprelin 13-də 50 yaşını qeyd edən mütəxəssislə görüşüb.

AFFA rəhbəri Qurbanovu əlamətdar yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb. Baş məşqçi göstərilən diqqətə görə minnətdarlığını bildirib. Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR