Bank Of Baku

AFFA “Sabah”ın futbolçularına ağır cəza verib

AFFA “Sabah”ın futbolçularına ağır cəza verib
# 25 fevral 2022 14:15 (UTC +04:00)

“Sabah” – “Neftçi” oyununda baş verənlərin günahkarı olan futbolçular cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurumun bugünkü yığıncağında Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu zamanı yaşananlar müzakirə olunub. Komitə üzvləri müvafiq qərarlar çıxarıb. 75-ci dəqiqədə yaşanan insident zamanı intizamsızlıq edən “Sabah”ın oyunçularına ağır cəzalar verilib. Dörd oyunçu 17 min 600 manatlıq cəriməyə səbəb olub.

Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb. Bakılılar ona görə 3200 ziyana düşüb. Paytaxt təmsilçisinin qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət edib. O, 3-ü şərti olmaqla 6 oyun cəzalanıb. Paytaxt təmsilçisi 4800 manat cərimələnib.

Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3-ü şərti olmaqla 6 oyun diskvalifikasiyaya məruz qalıb. Ona görə klubu 6400 manat cərimə olunub. Amin Seydiyevin Eddi İsrafilova qarşı təcavüzkar davranışı 2-si şərti olmaqla 4 oyunluq cəza ilə nəticələnib. “Sabah” müdafiəçisinə görə 3200 manat cərimələnib. Futbolçuların dördü üçün də sınaq müddəti kimi 3 ay təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR