Anar Salmanov Mirbağır İsayevi məhkəməyə verib

Mirbağır İsayev, Anar Salmanov

© APA | Mirbağır İsayev, Anar Salmanov

# 30 aprel 2022 16:22 (UTC +04:00)

AFFA rəsmisi Anar Salmanov Mirbağır İsayevi məhkəməyə verib.

APA xəbər verir ki, Anar Salmanov Mirbağır İsayevin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Bu səbəbdən Anar Salmanov Nizami Rayon Məhkəməsinə müraciət edib.

Onun şikayəti hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmənin vaxtı məlum deyil.

Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan “Səbail” rəsmisi Mirbağır İsayev apasport.az saytına açıqlamasında “Keşlə” ilə görüşdə hakim-inspektor Anar Salmanov barədə bu fikirləri səsləndirib: “Salmanov özünü elə aparır ki, sanki göydən düşüb, vaxtilə rüşvəti o yox, biz almışıq, futboldan da onu deyil, məni siliblər. Təhqir eləmədim, sadəcə, bu sözləri üzünə dedim. Dedim ki, rüşvətə görə futboldan uzaqlaşdırılmısan, indi də gəlib hakimə qiymət verirsən. Onu vaxtilə futboldan niyə siliblər? Səslərinə qədər qulaq asmışam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR