Bank Of Baku

“Arsenal”ın çempionluq şansı bitib

“Arsenal”ın çempionluq şansı bitib
# 20 aprel 2022 09:49 (UTC +04:00)

İngiltərə Premyer Liqasında daha bir klub çempionluq şansını itirib.

Apasport.az saytının məlumatına görə, “Arsenal”ın qızıl medal almayacağı rəsmiləşib.

Buna “Liverpul”un “Mançester Yunayted” üzərində 4:0 hesablı qələbəsi səbəb olub. 54 xalla 5-ci pillədə olan Mikel Artetanın yetirmələri qalan 7 oyunun hamısında qələbə qazansa da, 76 xala malik “Liverpul”a çata bilməyəcək.

Qeyd edək ki, “Arsenal” sonuncu dəfə 2003/04 mövsümündə çempion adını qazanıb. Həmin çempionatda komanda mövsümü məğlubiyyətsiz bitirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR